İranda polisin hücum etdiyi 16 yaşlı qız komaya düşdü

10:05 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tehran metrosunda 16 yaşlı qız "hücum"a məruz qaldıqdan sonra komaya düşüb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, səlahiyyətlilər qızla rəsmi qurumlar arasında heç bir qarşıdurma olmadığını, onun təzyiqi aşağı düşdüyü üçün "huşunu itirdiyini" bildirib.

İranda kürdlərin hüquqlarını izləyən “Hengaw” Təşkilatından deyilib: "16 yaşlı Armita Qaravənd Tehran metrosunda Əxlaq Polisinin qadın məmurlarının zorakı fiziki hücumu nəticəsində komaya düşüb".

Təşkilat hücumun qeyd edib ki, polisin məlumatına görə, Qaravənd məcburi hicab qaydasına əməl etmədiyi üçün hücuma məruz qalıb. Təşkilatın sözçüsü gənc qızın ağır yaralanaraq paytaxtdakı Fəcr xəstəxanasına aparıldığına, orada təhlükəsizlik nəzarəti altında saxlandığına və “ailəsi də daxil olmaqla heç kimin ona baş çəkməsinə icazə verilmədiyinə” diqqət çəkib.

İranın “Şərq” qəzeti xəbər verir ki, müxbir Məryəm Lütfi bir gün sonra Qaravəndlə bağlı reportaj hazırlamaq üçün Fəcr xəstəxanasına getdiyi zaman saxlanılıb və sonra sərbəst buraxılıb.

Tehranda yaşayan Qaravənd İranın qərbində, əhalisinin əksəriyyətinin kürdlərdən ibarət olduğu Kirmanşah şəhərindəndir.

Hadisə sosial media platformalarına sentyabrın 16-da Tehranda Əxlaq Polisi tərəfindən geyim qaydalarına əməl etmədiyi üçün saxlandıqdan sonra komaya düşən Məhsa Əmininin ölümünü xatırladıb. O zaman fəallar və insan haqları təşkilatları polisi Əminini döyməkdə ittihamlayırdılar, hakimiyyət isə onun ölümünün əvvəllər mövcud olan sağlamlıq vəziyyətinin nəticəsi olduğunu iddia edirdi.

Əmininin ölümü İranda genişmiqyaslı etirazlara səbəb olub. Lakin bu etirazlar 2022-ci ilin sonunda səngiyib.

Sosial media platformalarında istifadəçilər bir neçə qadın polisin Qaravəndi metro vaqonlarından birinə mindirdiyini əks etdirən video paylaşıblar. Videoda Qaravəndin başını örtmədiyi görünür.

Tehran Metropoliteninin direktoru Məsud Dorosti ittihamları təkzib edib və bildirib ki, tələbə Qaravəndlə “metroda sərnişinlər və ya məmurlar” arasında “şifahi və ya fiziki mübahisə olmayıb”.

Baş verənləri ört-basdır etməyə çalışan İRNA-nın məlumatına görə, metro rəsmiləri ilə fikir ayrılığı barədə bəzi şayiələr həqiqətə uyğun deyil və stansiyada təhlükəsizlik kamerası görüntüləri onları təkzib edir.

Əmininin ölümünün ildönümünə bir neçə həftə qalmış İrandan kənarda olan qeyri-hökumət təşkilatları hakimiyyəti “repressiyaları” gücləndirməkdə, etirazlar zamanı fəalların və öldürülənlərin yaxınlarının həbsinə qəzəblənməkdə ittiham ediblər.

Siyasət rubrikasından digər xəbərlər